“Araz-Naxçıvan”ın baş məşqçisi: “Alanyaspor”la oyunda komandanın performansından razı qaldım”

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Alanyaspor”la oyunda komandanın performansından razı qaldım”






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Bakı, #Superliqası, #Türkiyə, #Türkiyə Superliqası, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”a qarşı keçirilən yoxlama oyununda (0:0) yetirmələrinin çıxışından razı qalıb.

presstvaz xəbər verir ki, mütəxəssis bu barədə klubun Mətbuat Xidmətinə açıqlamasında deyib.

“Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Superliqası komandası idi. “Alanyaspor”la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə, səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmaq istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumilikdə komandanın performansından razı qaldım”.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq.

Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la oynayıb və 14:0 hesablı qələbə qazanıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv