Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı – VİDEO

Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı – VİDEO






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Günəş, #Mobil telefon, #Odessa, #Qara dəniz, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkdiyi görüntülərdə maraqlı, eyni zamanda dramatik mənzərəni əks etdirib.

presstvaz musavat.com-a istinadla xəbər verir ki, videoda qadının Qara dəniz sahilində günəşləndiyi anlar görünür. Elə həmin vaxt Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşür və şəhərə hücum edən dronlara atəş açılır.

Bu kadrlar Ukraynada həyatın necə ziddiyyətli mənzərə yaratdığını açıq şəkildə göstərir: bir tərəfdə insanlar normal həyatlarını davam etdirməyə, istirahət etməyə çalışır, digər tərəfdə isə səmada dronlar dolaşır və raketlər atılır.

Rəsmi məlumata görə gün ərzində Odessa şəhərinə edilən hücumlar nəticəsində ən azı 8 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir. Hücumlar zamanı yaşayış və inzibati binalar, avtomobillər və hətta bir at tövləsi də zədələnib.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv