Zelenski Rusiyanı hədələdi

Zelenski Rusiyanı hədələdi






presstv

"Presstv"az #Kiyev, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.

Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.

Zelenski hücumla bağlı məlumat yayıb

presstvaz xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.

Onun sözlərinə görə, dronların 200-ü "Şahed" tipli dronlar olub:

Hücumlar nəticəsində insan tələfatı olub

"Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb", – Ukrayna Prezidenti qeyd edib.

Zelenski sanksiyaların artırılmasına çağırıb

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.

Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır

O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: "Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir".  /APA 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv