Yolda qəfil dayanma: “Ford” 850 min avtomobili geri çağırır

Yolda qəfil dayanma: “Ford” 850 min avtomobili geri çağırır






presstv

"Presstv"az #ABŞ, #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ford Motor” şirkəti ABŞ-də 850 300 avtomobili geri çağırır. Buna səbəb, yanacaq nasosunda nasazlıq riski ilə bağlı narahatlıqlardır.

presstvaz-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) xəbər yayıb.

NHTSA-nın məktubuna əsasən, nasaz yanacaq nasosu yanacağın çəndən mühərrikə ötürülməsini azalda bilər ki, bu da mühərrikin dayanmasına və qəza riskinin artmasına səbəb ola bilər.

Qeyd olunur ki, nasazlıq yaranmazdan əvvəl sürücülər mühərrikin işində nasazlıq (atlama, titrəmə), gücün azalması və “Check Engine” xəbərdarlıq işığının yanması kimi əlamətləri müşahidə edə bilərlər. Bu nasazlıqlar xüsusilə az yanacaq səviyyəsi və ya isti hava şəraiti zamanı daha çox ehtimal olunur.

“Ford” şirkəti yaxın günlərdə pulsuz təmir tədbirləri barədə məlumat verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv