Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi başa çatıb

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi başa çatıb






presstv

"Presstv"az #Azərbaycan, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.

presstvz bildirir ki, bu brədə Müdafiə Nazirliyindən     verilən xəbərə görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda “Tərlan-2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv