Müəllimlərin orta aylıq əməkhaqqısı açıqlandı

Müəllimlərin orta aylıq əməkhaqqısı açıqlandı






presstv

"Presstv"az #Dərs yükü, #Emin Əmrullayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır. Bu kateqoriyaya 1399 nəfər daxildir.

11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500-2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir.

33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000-1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir.

41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500-1000 manat əməkhaqqı alır. Bu qrupa 49 757 nəfər daxildir.

14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 492 nəfərdir.

E.Əmrullayev əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv