Sağlam uşaq doğan ən uyumlu qan qrupları

Sağlam uşaq doğan ən uyumlu qan qrupları






presstv

"Presstv"az #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Övlad sahibi olmaq istəyənlər üçün qan qrupu uyğunluğu məsələsi vacib məqamlardan biridir. Xüsusilə, Rh (Rhezus) faktorunun uyğunluğu bəzi hallarda hamiləliyə təsir göstərə bilər.

presstvaz xəbər verir ki, uşağın qan qrupu valideynlərin genetik xüsusiyyətlərindən asılıdır.

AB0 qan qrupu sistemi üzrə valideynlər arasında xüsusi bir məhdudiyyət olmasa da, bəzi hallarda Rh faktorunun uyğunsuzluğu hamiləlik zamanı problemlərə səbəb ola bilər.

Rh faktorunun rolu:

Ana Rh (+), ata Rh (+) → Problem yoxdur.

Ana Rh (-), ata Rh (-) → Problem yoxdur.

Ana Rh (-), ata Rh (+) → Riskli vəziyyət yarana bilər.

Əgər ana Rh mənfi (-), ata isə Rh müsbət (+) qan qrupuna malikdirsə, bu zaman Rh uyğunsuzluğu baş verə bilər. İlk hamiləlikdə ciddi problem yaranmasa da, növbəti hamiləliklərdə ananın immun sistemi Rh müsbət dölü yad cisim kimi qəbul edərək ona qarşı antitellər yarada bilər. Bu, dölün hemolitik xəstəliyinəsəbəb ola bilər. Bunun qarşısını almaq üçün hamiləliyin müəyyən mərhələlərində anti-D immunoqlobulinpeyvəndi vurulur.

Sağlam övlad üçün hansı qan qrupları daha uyğundur?

Qan qrupu fərqliliyi ciddi problemlər yaratmasa da, Rh faktoruna diqqət yetirmək vacibdir. Tibbi baxımdan sağlam hamiləlik üçün qan qrupundan daha çox genetik faktorlara və ümumi sağlamlıq durumuna diqqət yetirmək lazımdır.

Həkimlər bildirir ki, qan qrupu uyğunluğu sağlam övlad dünyaya gətirmək üçün yeganə şərt deyil. Əsas olan hamiləlik müddətində mütəmadi tibbi nəzarət və həkim məsləhətlərinə əməl etməkdir. /BAKU.WS


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv