Bakıda insanlar təşviş içində – küçəni bürüyən bu canlılar nədir? – VİDEO

Bakıda insanlar təşviş içində – küçəni bürüyən bu canlılar nədir? – VİDEO






presstv

"Presstv"az #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Binəqədi rayonu, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yaşayan sakinlər ağaclardakı qurdlardan şikayətçidirlər.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, ağaclardan tökülən qurdlar sakinləri bezdirib.

“Bu həyətdə çoxlu ağaclar var. Özümüz abadlaşdırdıq, ağac əkdik, suladıq ki, kölgəsində dincələk. Amma qurdlar bizə imkan vermir”, – deyə sakinlər şikayətlənir.

Ərazidəki hər iki binanın problemi bununla da bitmir, zirzəmilər tullantı suları ilə də dolub.

Hər iki məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, qurdlar, eləcə də həşəratlarla bağlı məsələ nəzarətdədir və növbəli şəkildə sözügedən ərazilər dezinfeksiya ediləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd etdilər ki, həmin ünvanda su axıntısı bir neçə dəfə qeydə alınıb, hər dəfə də Sukanal idarəsinin əməkdaşları problemi yerindəcə həll edib. İstismar müddətini bitirən boruların bir hissəsi yueniləri ilə əvəz olunub, işlər mərhələli şəkildə görülür.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv