Messi nadir nailiyyətə imza atdı

Messi nadir nailiyyətə imza atdı






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Fransa, #Futbol, #İnter Mayami, #Kolumbiya, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İnter Mayami” komandasının hücumçusu Lionel Messi ABŞ-nin MLS liqasında çıxış etmiş üç futbolçunun nadir nailiyyətini təkrarlayıb.

presstvaz bu barədə “MLS Communications”a istinadən xəbər verir.

Belə ki, argentinalı ulduz ABŞ çempionatında ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.

Daha əvvəl eyni nailiyyətə 1999-cu ildə amerikalı Ante Razov, 2001-ci ildə kolumbiyalı Dieqo Serna və 2012-ci ildə fransalı hücumçu Tyerri Anri imza atıblar.

Xatırladaq ki, Messi mayın 25-dən bəri keçirdiyi üç oyunda altı qol vurub və yeddi məhsuldar ötürmə edib..


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv