Mingəçevirdəki kater qəzasının görüntüləri

Mingəçevirdəki kater qəzasının görüntüləri






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Gəmi, #Hadisə, #Mingəçevir şəhəri, #Nəqliyyat, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mingəçevirdə Kür çayında katerlərin toqquşduğu hadisə ilə bağlı görüntülər yayılıb.

presstvaz xəbər verir ki, görüntülərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin həmin əraziyə cəlb olunduğu əks edilib.

Sözügedən kadrları təqdim edirik:

18:13

Mingəçevir şəhərində Kür çayında iki katerin toqquşması zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i, saat 16:00-da Kür çayında baş verən iki qayığın toqquşması nəticəsində iki azyaşlı olmaqla altı nəfər (beşi kişi, biri qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir. Digər beş nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

17:31

Fövqəladə Hallar Nazirliyinə (FHN) Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

presstvaz “Report”a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan beş nəfər yüngül xəsarət alıb.

Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.

Daha iki nəfərə isə hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

16:35

Mingəçevir şəhərində Kür çayında iki kater toqquşub.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv