Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı – CƏRİMƏLƏNDİ

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı – CƏRİMƏLƏNDİ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Azərbaycan, #Baş Prokurorluq, #Binəqədi rayonu, #Hadisə, #Ölüm hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş verdiyi “Mars-A” MMC şirkəti cərimələnib.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, MMC-də çalışan fəhlə Coşqun Fazil oğlu Şahbazov iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq araşdırma aparıb.

Araşdırmalar nəticəsində MMC növbəti dəfə bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün inzibati qaydada iki min manat cərimə edilib.

Qeyd edək ki, “Mars-A” MMC Azərbaycanda metal istehsalı və satışı ilə məşğul olan böyük şirkətlərdən biridir.

Ölüm hadisəsi ilə bağlı da Baş Prokurorluqda araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv