Ölümlə nəticələnən ağır qəzada yaralananların SON VƏZİYYƏTİ: Bir nəfər dərhal əməliyyat olundu

Ölümlə nəticələnən ağır qəzada yaralananların SON VƏZİYYƏTİ: Bir nəfər dərhal əməliyyat olundu






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Cinayət işi, #Hadisə, #Nəqliyyat, #Şəki, #Təcili Tibbi Yardım, #Zaqatala Rayon Mərkəzi Xəstəxanası, #Zaqatala rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

presstvaz-ın xəbərinə görə,   bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i, saat 13:10-da Zaqatala rayonu ərazisində baş verən qəza nəticəsində dörd nəfər (biri qadın, üçü kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travmaları ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Zərərçəkənlərə zəruri tibbi yardım göstərilir. Bir nəfər dərhal əməliyyata alınıb, vəziyyəti stabildir. Digər üç yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb”, – deyə məlumatda vurğulanır.

15:55

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz xəbər verir ki, hadisə Muğanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Fəryad İbrahimovun idarə etdiyi KIA markalı, 77-BD-413 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında dayanan 10-GC-596 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobilə çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb, sərnişini 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, eləcə də KIA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan presstvaz-a bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv