Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv