“Chrome”da sıfır gün təhdidi: İstifadəçilərə brauzerləri təcili yeniləmələri tövsiyə olundu

“Chrome”da sıfır gün təhdidi: İstifadəçilərə brauzerləri təcili yeniləmələri tövsiyə olundu






presstv

"Presstv"az #ABŞ, #Google, #Hakerlər, #Microsoft

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkəti “Chrome” brauzeri üçün “CVE-2025-6554” təhlükəsizlik boşluğunu aradan qaldıran təcili yeniləmə yayımlayıb. Bu boşluq aktiv şəkildə kibercinayətkarlar tərəfindən istifadə olunduğuna görə “sıfır gün” (zero-day) təhlükəsi kimi qiymətləndirilir.

presstvaz-ın verdiyi xəbərə görə, bu barədə “SecurityLab” ABŞ-nin NVD bazasına istinadla xəbər paylaşıb.

Bildirilir ki, boşluq hakerlərə istifadəçilərin cihazlarında xüsusi hazırlanmış veb-səhifələr vasitəsilə istənilən məlumatı uzaqdan oxumağa və yazmağa imkan verir. Belə səhvlər potensial olaraq istifadəçinin xəbəri olmadan zərərli kodların işə salınmasına səbəb ola bilər.

Problemi “Google”un hədəfli hücumlar, fişinq və istifadəçi müdaxiləsi olmadan baş verən istismar halları ilə məşğul olan “Threat Analysis Group” (TAG) komandası aşkarlayıb. “TAG”in prosesə cəlb olunması bu boşluğun casusluq əməliyyatları və ya dövlətlər tərəfindən həyata keçirilən hücumlarda istifadə oluna biləcəyinə işarə edir.

“Google” problemi aşkarladıqdan dərhal sonra bütün dəstəklənən platformalarda sabit yeniləmə kanalı vasitəsilə təhlükəsizlik yeniləməsini yayıb. Hücumların miqyasının məhdud olmasına baxmayaraq, şirkət xüsusilə məxfi məlumatlarla işləyən qurumlar və korporativ istifadəçilər üçün “Chrome” brauzerinin təcili yenilənməsinin vacibliyini vurğulayıb.

Mütəxəssislər, həmçinin “Chromium” əsaslı digər brauzerlər – “Microsoft Edge”, “Opera”, “Brave”, “Vivaldi” və s. üçün də yeniləmələrin vəziyyətini diqqətdə saxlamağı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv