Avropa “əriyir”: Rekord istilik və kondisionerlərə qarşı gözlənilməz müharibə

Avropa “əriyir”: Rekord istilik və kondisionerlərə qarşı gözlənilməz müharibə






presstv

"Presstv"az #Avropa, #Fransa, #İspaniya, #İtaliya, #Milan, #Qlobal istiləşmə, #Sevilya, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Avropa anomal istilərlə üzləşib: bəzi bölgələrdə havanın temperaturu demək olar ki, 50 dərəcəyə çatır. Bununla əlaqədar olaraq ənənəvi olaraq istiliklə mübarizədə səmərəli vasitə hesab edilən kondisionerlərin istifadəsinə qarşı Avropada kampaniya başlayıb.

presstvaz bu barədə “Forbes”a istinadən xəbər verir.

Bildirilir ki, İspaniyada 1965-ci ildə Sevilyada qeydə alınmış milli maksimum temperatur rekordunu (45.2 dərəcə) yeniləyib. Şənbə günü Əndəlus əyalətində yerləşən Qrenadada temperatur 46 dərəcəyə qalxıb.

Portuqaliyada bu həftə 44 dərəcəyə qədər istilik gözlənilir.

İtaliya da istidən əziyyət çəkir. Bildirilir ki, təcili tibbi yardım göstərmək üçün tibbi briqadalar Milan, Roma, Venesiya və Florensiyada turistik yerlərin yaxınlığında daimi növbə çəkirlər. Yerli səhiyyə xidmətləri istilik vurmasının sayının 10% artdığını qeydə alıblar.

Fransada ekstremal istilik vəziyyəti tədris ilinin hələ başa çatmaması ilə mürəkkəbləşir. Yüksək hava temperaturunda bir sinifdə çoxlu sayda şagirdin olması onların vəziyyətinə mənfi təsir göstərir.

Paradoksal olaraq, məhz iqlim böhranının ən qızğın dövründə Avropada ekoloji təşkilatlar və bəzi hökumətlər kondisionerlərin istifadəsinə qarşı kampaniyanı daha da gücləndiriblər. Onlar kondisionerlərin yüksək enerji sərfiyyatı və qlobal istiləşməyə verdiyi töhfəni əsas gətirirlər.

Ekspertlər bildirirlər ki, Avropa hazırda qısamüddətli komfort ilə uzunmüddətli ekoloji nəticələr arasında çətin seçim qarşısında qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv