“Neftçi” bosniyalı qapıçı ilə maraqlanır

“Neftçi” bosniyalı qapıçı ilə maraqlanır






presstv

"Presstv"az #Azərbaycan, #Belçika, #Futbol, #Neftçi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Azərbaycanın milli komandasının və “Neftçi” klubunun qapıçısı Rza Cəfərovun tezliklə paytaxt klubunu tərk edəcəyi gözlənilir.

presstvaz “Azerisport”a istinadən xəbər verir ki, 21 yaşlı qolkiperimiz Rumıniya “Dinamo Buxarest” klubunun sıralarına qoşulacaq.

Mənbə yazır ki, R.Cəfərovun keçidi artıq zaman məsələsidir. Bununla əlaqədar olaraq, “ağ-qaralar” R.Cəfərovun yerinə oyunçu axtarışına başlayıblar. Belə ki, “Neftçi”nin elçi düşdüyü şəxslərdən biri də bosniyalı qapıçı Kenan Piriçdir. Lakin 30 yaşlı futbolçunun Türkiyənin “Antalyaspor” klubu ilə 2025/2026-cı il mövsümünün sonuna qədər müqaviləsi var. Bir vaxtlar milli komandasında da oynamaq şansı qazanmış K.Piriç Belçikanın “Gent”, Sloveniyanın “Maribor”, Türkiyənin “Göztəpə” və Kiprin AEK klublarının uğurları üçün çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv