Hollivudun ən möhkəm cütlüklərindən sayılan Marion Kotiyar və Giyom Kane ayrıldılar

Hollivudun ən möhkəm cütlüklərindən sayılan Marion Kotiyar və Giyom Kane ayrıldılar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hollivud ulduzları dünyasında daha bir səs-küylü ayrılıq baş verib. Fransız kinosunun ən sabit cütlüklərindən sayılan Marion Kotiyar və Giyom Kane birlikdə keçirdikləri 18 ildən sonra ayrıldıqlarını açıqlayıblar.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə cütlük birgə bəyanat yayıb.

Ulduzlar ayrılıq qərarının qarşılıqlı razılıq və hörmət çərçivəsində verildiyini vurğulayıblar. Cütlük həmçinin ictimaiyyətdən ehtimallar və şayiələrdən uzaq durmağı xahiş edib.

Marion və Giyom heç vaxt rəsmi nikah bağlamasalar da, 14 yaşlı Marsel və 8 yaşlı Luiz adlı iki övlad böyüdüblər. Onların şəxsi həyatı həmişə media diqqətindən uzaqda olub və çox nadir hallarda ictimaiyyətlə şəxsi məsələlərini bölüşüblər.

Qeyd edək ki, 2016-cı ildə “Müttəfiqlər” filminin çəkilişləri zamanı Kotiyar və Bred Pitt arasında romantik münasibətlərin olması ilə bağlı yayılan söz-söhbətlər fonunda, aktrisa nadir hallarda etdiyi açıq bəyanatla çıxış etmişdi. O zaman Marion bildirib ki, onun qəlbi yalnız bir insana – sevgilisi və ən yaxın dostu adlandırdığı Giyom Kaneyə məxsusdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv