Aygün Attardan rəsmi Moskvaya sərt sözlər

Aygün Attardan rəsmi Moskvaya sərt sözlər






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Hakim, #Müharibə, #Rusiya, #SSRİ, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlılara qarşı kütləvi həbslər, təzyiqlər və təqiblərə görə Rusiya hakimiyyətini kəskin tənqid edib.

presstvaz xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə öldürmək əmrini kim verib? Rusiya xüsusi təyinatlılarının bir ailənin 4 üzvünü öz evində öldürməsi nə deməkdir? Ay vicdansız Putin, millətlər həbsxanası olan SSRİ üçün darıxırsan? Bütün insanları, xüsusən də Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlını etiraza səsləyirəm.

Mən Kremli, onun rus şovinizmini, separatçı əhvali-ruhiyyəni və islamofob yanaşmasını qətiyyətlə pisləyirəm! Çünki Putin Stalini təqlid edərək qeyri-rusların yaşamaq hüququnu inkar edən amansız siyasətini davam etdirir.

Yekaterinburqda sadəcə olaraq müharibəyə göndərilməyə etiraz etdikləri üçün Rusiya kəşfiyyatçılarının hücumuna məruz qalan və ailələrinin gözü qarşısında döyərək öldürülən soydaşlarımıza Allah rəhmət eləsin”, – A.Attar qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv