Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan Respublikasına işgüzar səfərimə Ukraynanın Konstitusiya Günü münasibətilə Ukraynanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirakla başladım.

Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı silahlı təcavüz və işğalçılar tərəfindən törədilən saysız-hesabsız cinayətlər fonunda biz hamımız Ukrayna Konstitusiyasında əks olunmuş dəyərlərin əhəmiyyətini yenidən qiymətləndiririk. Əsas Qanun Ukrayna xalqının birliyinin nüvəsidir", – o qeyd edib.

Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif guşələrində Ukrayna diasporasının iştirakı ilə keçirilən Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirlər şübhəsiz ki, xaricdə yaşayan ukraynalılarla Ukrayna dövləti arasında bağların möhkəmlənməsinə və birliyə xidmət edir:

"Bu təşəbbüsə görə Azərbaycandakı Ukrayna icmasına da təşəkkürümü bildirirəm!

Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərimizin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv