“Azərbaycan səhnəsinin Cülyettası” Barat Şəkinskayanın doğum günüdür

“Azərbaycan səhnəsinin Cülyettası” Barat Şəkinskayanın doğum günüdür






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Doğum günü, #Fəxri xiyaban, #Günəş, #Şəki, #Şuşa, #Şuşa şəhəri, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

presstvaz xatırladır ki, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşa şəhərində bəyzadə ailəsində dünyaya gəlib.

Səhnəyə erkən yaşlarında qədəm qoyan sənətkar fəaliyyətinin ilk illərində uşaq və oğlan rollarını da ifa edib. O, Azərbaycan teatrında travesti – yəni kişi obrazlarını canlandıran ilk qadın aktrisa kimi tarixə düşüb.

1935-ci ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrının səhnəsində çıxış edən Barat Şəkinskaya 1937-ci il yanvarın 14-də Gəncə Dövlət Dram Teatrında “Romeo və Cülyetta” tamaşasında “Cülyetta” rolunu ifa edərək “Azərbaycan səhnəsinin Cülyettası” kimi tanınıb.

Onun 1930-cu illərin sonlarında oynadığı “Kostya” və “Napoleon” rolları da teatr tariximizin parlaq səhifələrindəndir.

Barat Şəkinskaya eyni zamanda “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” kimi filmlərdə yaratdığı obrazlarla Azərbaycan kino sənətinə də mühüm töhfələr verib.

Barat Şəkinskaya 23 yaşında, 4 may 1940-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 21 iyul 1949-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında vəfat edib. O, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv