Rusiyada 25 il əvvəlki qətlə görə onlarla azərbaycanlı saxlanıldı, iki qardaş öldürüldü

Rusiyada 25 il əvvəlki qətlə görə onlarla azərbaycanlı saxlanıldı, iki qardaş öldürüldü






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Hadisə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərovların yaşadığı evə basqın edilib.

presstvaz xəbər verir ki, bu barədə APA-ya onların qardaşı Seyfəddin Hüseynli açıqlama verib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

“İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.

27 iyun, 23:24

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.

Şahidlərin sözlərinə görə, onları heç bir izahat vermədən tutub aparıblar. Bildirilir ki, saxlanılanların bəziləri polisə çağırışla gəlib, bəziləri isə hələ də gizlənir.

Həmyerlilərimiz arasında qatilin axtarıldığı bildirilir.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməkdən yayınıb.

Məlumata görə, söhbət 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldən gedir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv