Dünya üzrə şirkətlərin 90%-i onlarındır: Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür

Dünya üzrə şirkətlərin 90%-i onlarındır: Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #COP29, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Nazirlər Kabineti, #Nəqliyyat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99.7%-ni KOB subyektləri təşkil edir.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, mikro, kiçik və orta bizneslər (KOB-lar) bütün dünyada iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunurlar. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir.

KOB-ların bu töhfəsi nəzərə alınaraq, BMT Baş Assambleyasının qətnaməsinə əsasən, 2017-ci ildən etibarən 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir.

Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99.7%-ni KOB subyektləri təşkil edir. Azərbaycanda KOB subyektləri, əsasən, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.

Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikrosahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir.

KOB-ların ehtiyac və problemləri daim diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, tədbirlər, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır.

Milli prioritetlər nəzərə alınaraq, KOB-ların iqtisadiyyatda və məşğulluqda payının artırılması, texnologiyayönümlü, rəqəmsallaşmış və rəqabətədavamlı KOB-ların yaradılmasının dəstəklənməsi, qadın sahibkarlığın və klasterləşmənin, eləcə də ətraf mühitin mühafizəsi və enerjiyə qənaət kimi müasir çağırışlara uyğun olaraq KOB-ların yaşıl iqtisadiyyata keçidinin təşviqi başlıca hədəflər sırasındadır. Qeyd edək ki, COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” KOB-ların yaşıl transformasiyası üzrə qlobal səylərin birləşdirilməsinə çağırış edir və artıq bu təşəbbüsə 20 yerli və xarici təşkilat qoşulub. Həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində KOB subyektlərinin fəaliyyətinin təşkili və genişləndirilməsi də dövlət tərəfindən dəstəklənir. Dövlətin müxtəlif güzəştləri və təşviq mexanizmlərindən faydalanmaqla Qarabağda KOB subyektlərinin fəaliyyətə başlaması ilə bölgədə yeni işgüzar mühitin formalaşması bu baxımdan diqqətə layiqdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikrosahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min – 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunurlar. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv