Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq






presstv

"Presstv"az #ABŞ, #diabet, #Dollar, #Körpə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionlar üzərində genetik analiz apararaq valideynlərə “daha sağlam və üstün körpə” seçmək imkanı yaradan yeni texnologiyanı təqdim edib.

presstvaz xəbər verir ki, “Nucleus Embryo” adlanan bu texnologiya valideynlərə 20-yə qədər embrionu analiz etdirməklə onların təxminən 900 genetik və sağlamlıq riskini dəyərləndirmək imkanı verir. Bu göstəricilər arasında Alzheimer, şəkərli diabet, xərçəng kimi xəstəliklərlə yanaşı, zəka səviyyəsi, boy, çəki və göz rəngi kimi xarakterik xüsusiyyətlər də yer alır. Əldə edilən nəticələrə əsasən, valideynlər ən az risk daşıyan embrionu seçərək hamiləliyə davam edə bilirlər. Bu xidmətin qiyməti 5 min 999 dollar olaraq göstərilib.

Texnologiyanın təqdimatı həm tibbi dairələrdə, həm də ictimai və etik müzakirələrdə ciddi rezonans doğurub. Rəsmi açıqlamalarda bu yanaşmanın məqsədinin tibbi riskləri azaltmaq olduğu bildirilsə də, bir çox mütəxəssis bu cür embrion seçiminin “dizayn edilmiş uşaq” anlayışını leqallaşdırdığını qeyd edir. Artıq valideynlər yalnız xəstəlik risklərinə görə deyil, uşağın intellektual və fiziki üstünlüklərinə görə də seçim edə bilirlər. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv