Rusiya XİN Azərbaycana təşəkkür etdi

Rusiya XİN Azərbaycana təşəkkür etdi






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Ermənistan, #Hakim, #İran, #İraq, #İsrail, #Jurnalistlər, #Misir, #Rusiya, #Rusiya XİN

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İyunun 14-dən bu günə qədər 900-ə yaxın Rusiya vətəndaşı Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə İrandan təxliyə edilib”.

presstvaz Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin qarşısında çıxışı zamanı deyib.

Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalıların İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.

“Rusiya göstərdiyi köməyə görə İran, İsrail, Azərbaycan, Ermənistan, Misir, İordaniya, İraq və Türkmənistanın hakimiyyət orqanlarına minnətdarlığını bildirir. Ümumilikdə, iyunun 14-dən indiyədək Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, nümayəndə heyətləri, yaradıcı şəxslər, turistlərimiz, həmvətənlərimiz olmaqla mindən çox insan təxliyə edilib. Təbii ki, prioritet vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir və müvafiq işlər davam etdirilir”, – deyə M.Zaxarova qeyd edib.

Qeyd edək ki, İsrailin İrana hücumundan sonra bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki “Astara” sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv