Karton və plastik stəkanlar xərçəng yaradır – XƏBƏRDARLIQ

Karton və plastik stəkanlar xərçəng yaradır – XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Ana südü, #Depressiya, #elmi tədqiqat, #Körpə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam saydığı karton qablar əslində ciddi xəstəliklərə yol açırmış.

presstvaz xəbər verir ki, kardioloq Doç. Dr. V. Özlem Bozkaya bildirib ki, karton qab və ya stəkanların iç hissəsi adətən su keçirməsin deyə plastik maddələrlə, xüsusən polietilen və ya polipropilenlə örtülür. Bu isə o deməkdir ki, siz çay və ya qəhvənizi plastiklə təmasda olan bir qabdan içirsiniz və bunu fərq etmirsiniz. Qaynar içkilərlə təmas zamanı bu plastik örtüklərdən mikroplastiklər və kimyəvi maddələr qoparaq içkiyə keçir. Elmi tədqiqatlar göstərib ki, 85-90°C isti su ilə dolu bir karton bardakdan dəqiqədə 25 minə yaxın mikroplastik qopa bilər. Bu mikroplastiklər qadınlarda hormon pozğunluğuna, sonsuzluğa, hətta körpələrin ana südü və göbək ciyəsi vasitəsilə təsirlənməsinə səbəb ola bilər. Kimyəvi maddələr dərhal təsir göstərmədiyindən təhlükə gizli və yavaş irəliləyir, lakin illər keçdikcə bədəndə yığılıb depressiya, yorğunluq, immun sisteminin zəifləməsi, demans, Alzheimer, xərçəng və hormonal pozğunluqlar yarada bilər. Ucuz və keyfiyyətsiz kartonların tərkibində hətta qurğuşun, xrom və kadmium kimi ağır metallar da ola bilər və bu maddələr də isti içkilərlə təmas zamanı içkiyə keçərək orqanizmə zərər verir.

Mütəxəssis bildirir ki, bu qədər toksin yükü olan bir dövrdə gündəlik sadə seçimlərlə vəziyyəti daha da pisləşdirmək ağıllı seçim deyil. Ən təhlükəlisi isə, içdiyimiz an heç bir əlamət vermədiyi üçün bu təhlükəni hiss etməməyimizdir. Uzunmüddətli sağlamlıq üçün şüşə və ya paslanmayan metal termoslar istifadə edilməli, heç bir halda isti içkilər karton və ya plastik stəkanlara tökülməməlidir. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv