Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır

Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır






presstv

"Presstv"az #ABŞ, #Ballistik raket, #Çin, #Hindistan, #Pakistan, #Rusiya, #Şimali Koreya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan ordusu ABŞ-yə çata bilən nüvə başlığına malik qitələrarası ballistik raketin yaradılması üzərində işləyir.

presstvaz xəbər verir ki, bu barədə “Foreign Affairs”in yeni hesabatında bildirilir.

Daha əvvəl qeyd olunmuşdu ki, Hindistanın “Sindur” əməliyyatından sonra Pakistan Çinin dəstəyi ilə nüvə arsenalını gücləndirməyə çalışıb.

Həm nüvə, həm də adi döyüş başlıqları ilə təchiz oluna bilən qitələrarası ballistik raketlər 5 500 km-dən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

ABŞ rəsmilərinə istinadla verilən məlumata görə, Pakistan belə bir raketi uğurla inkişaf etdirərsə, Vaşinqton bu ölkəni nüvə rəqibi hesab edəcək. Hazırda Rusiya, Çin və Şimali Koreya ABŞ-nin rəqibləri hesab olunur.

Qeyd edək ki, Pakistanın nüvə silahı proqramı 1970-ci illərin əvvəllərində, xüsusən də Hindistanın 1974-cü ildə ilk nüvə sınağını keçirməsindən sonra bölgədəki gərginlik səbəbindən başlayıb. Ölkə 1998-ci ildə altı nüvə sınağı keçirdikdən sonra rəsmi olaraq nüvə silahı dövlətinə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv