Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib

Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-29-cu illər üzrə üzvlüyünə seçilib.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəqabət şəraitində baş tutmuş seçkidə Azərbaycanla yanaşı, yeddi ölkədən olan namizədlər vakant yerlər uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası təmsilçisi səsvermənin ilk mərhələsində bütün namizədlər arasında ən yüksək səs toplayaraq komitəyə üzv seçilib.

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın icrasına nəzarət edən 14 müstəqil ekspertdən ibarətdir.

Azərbaycan Respublikası qeyd edilən komitə ilə yanaşı, BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarından olan Qadınlara Qarşı Ayrı-seçkiliyin aradan Qaldırılması və İqtisadi, Sosial və Mədəni Hüquqları üzrə komitələrində də təmsil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv