Gecə tez-tez oyanırsınızsa, diqqətli olun – Həkimlərdən vacib XƏBƏRDARLIQ

Gecə tez-tez oyanırsınızsa, diqqətli olun – Həkimlərdən vacib XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Araşdırma, #Avstraliya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gecə tez-tez oyanmaq ciddi xəstəliklərin əlaməti ola bilər.

presstvaz “Daily Express”ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Flinders Universitetinin yuxu üzrə mütəxəssisləri xəbərdarlıq ediblər.

Mütəxəssislərin apardığı araşdırma göstərib ki, yuxunun tez-tez bölünməsi təkcə yuxu pozuntusu deyil, həm də insult və ürək çatışmazlığı kimi təhlükəli xəstəliklərin ilkin əlaməti ola bilər.

Risk qrupuna əsasən artıq çəkidən əziyyət çəkən, gecələr yüksək qan təzyiqi müşahidə olunan və xoruldayan şəxslər daxildir. Bu amillər yuxu rejimini pozur və sağlamlıq üçün ciddi risk yaradır.

“Araşdırmamız nəticəsində ilk dəfə sübut etdik ki, daimi xoruldama ilə yüksək qan təzyiqi arasında ciddi əlaqə var”, – deyə layihənin rəhbəri, doktor Bastien Leşat bildirib.

Elm adamları 72 mindən çox insanın yuxusunu uzun müddət ərzində xüsusi texnologiyalar vasitəsilə ev şəraitində izləyiblər. Nəticədə məlum olub ki, iştirakçıların 15%-i, xüsusilə də artıq çəkisi olan şəxslər gecənin 20%-dən çoxunu xoruldamaqla keçirirlər. Bu isə nəzarətsiz hipertenziya (yüksək təzyiq) ilə birbaşa əlaqəlidir.

Leşat qeyd edib ki, daimi yüksək təzyiq ürək çatışmazlığı, insult, ürək və böyrək xəstəliklərinə yol aça bilər.

“Əgər yuxunuz həftədə beş-altı gün pozulursa, bu artıq xroniki hal alır və həyat üçün təhlükəli vəziyyət yarada bilər”, – deyə o xəbərdarlıq edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv