KİV: Tehran göstərdi ki, ABŞ-nin aktivlərinə birbaşa hücum etməyə hazırdır

KİV: Tehran göstərdi ki, ABŞ-nin aktivlərinə birbaşa hücum etməyə hazırdır






presstv

"Presstv"az #ABŞ, #İran, #İraq, #İsrail, #Qətər, #Tehran, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İranın Qətərdəki ABŞ hərbi bazasına endirdiyi zərbə geosiyasi baxımdan “seysmikdir”, belə ki, Tehran ilk dəfədir Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrində ABŞ-nin infrastrukturuna zərbələr endirir”.

Bu barədə presstvaz “Asia Times” nəşrinə istinadən xəbər verir.

Müəlliflərin fikrincə, hücum ABŞ-nin Fars körfəzindəki hərbi mövcudluğunun artıq ev sahibi dövlətlər üçün təhlükəsizliyə zəmanət vermədiyinə dair açıq, hesablanmış xəbərdarlıqdır. Bundan əlavə, İran bəyan edib ki, ABŞ və İsrailin hərəkətləri “qanuni hədəflərin dairəsini genişləndirib”.

“Vaşinqton üçün raket zərbəsi çəkindirmə ilə bağlı təcili suallar doğurur. ABŞ Fars körfəzindəki hərbi mövcudluğunu müttəfiqlər üçün qalxan və İrana qarşı çəkindirici vasitə kimi əsaslandırır. Lakin Tehran göstərdi ki, riskə baxmayaraq, ABŞ-nin aktivlərinə birbaşa hücum etməyə hazırdır”, – deyə nəşr yazır.

Müəlliflər bildirirlər ki, İranın zərbəsi strateji xarakter daşıyıb və Körfəz ölkələrinin artıq hücumlara qarşı toxunulmazlığına zəmanət verilmir.

Xatırladaq ki, iyunun 23-də İran ordusu “Qələbədən xoş xəbər” əməliyyatı çərçivəsində Qətərə doğru 6, ABŞ hərbi bazalarının yerləşdiyi İraq ərazisinə isə bir raket atıb. “Press TV”nin məlumatına görə, Qətərdəki ABŞ aviabazasına üç raket atılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv