Leyla və Arzu Əliyevalar Altıağac Milli Parkını ziyarət ediblər

Leyla və Arzu Əliyevalar Altıağac Milli Parkını ziyarət ediblər






presstv

"Presstv"az #Arzu Əliyeva, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Media Mərkəzi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfərləri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər.

presstvaz xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.

Daha sonra Leyla və Arzu Əliyevaların iştirakı ilə Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Altıağac Milli Parkı ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında iki bataqlıq belibağlısı və bir ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilib. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirib ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stres və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə – (012) 440-10-96 nömrəsinə məlumat vermələri xahiş olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv