Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi

Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #COP29, #Keniya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives – UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan CPR Bürosuna Sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.

​UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcək.

Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) ev sahib kimi təsdiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv