Rəqəmsal casusluq: “DeepSeek” Çin xüsusi xidmət orqanlarına məlumat ötürməkdə ittiham olunur

Rəqəmsal casusluq: “DeepSeek” Çin xüsusi xidmət orqanlarına məlumat ötürməkdə ittiham olunur






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Çin, #Çin Xalq Respublikası, #DeepSeek, #Hakim, #OpenAI, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin istehsalı olan süni intellekt əsaslı “DeepSeek” çat-botu istifadəçi məlumatlarını Çin Xalq Respublikasının hərbi və kəşfiyyat orqanlarına ötürüb.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinə istinadla məlumat yayıb.

“Biz anlayırıq ki, “DeepSeek” könüllü şəkildə Çinin hərbi və kəşfiyyat əməliyyatlarına dəstək göstərib və çox güman ki, bu dəstəyi davam etdirəcək”, – deyə amerikalı rəsmi bildirib.

Mənbənin sözlərinə görə, “DeepSeek” Çin Xalq Azadlıq Ordusu və ölkənin müdafiə-sənaye kompleksi ilə əlaqəli təşkilatlar tərəfindən tərtib olunan satınalma hesabatlarında 150 dəfədən çox qeyd olunub. Bu, texnologiyanın hərbi məqsədlər üçün istifadə olunduğuna dair ciddi şübhələr doğurur.

Xatırladaq ki, “DeepSeek” 2025-ci ilin əvvəlində “OpenAI”nin məhsullarına rəqib kimi təqdim olunan və mühakimə yürütmə qabiliyyətinə malik olan “R1” adlı süni intellekt modelini ictimaiyyətə tanıtdıqdan sonra beynəlxalq diqqət mərkəzinə düşüb. Bu uğur ABŞ-dəki tənzimləyici orqanlar arasında narahatlıq yaradıb, sözügedən Çin startapı bəzi dairələrdə ABŞ-nin milli təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv