Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib, Prezident iştirak edib

Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib, Prezident iştirak edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərenerji, #Çin, #Ermənistan, #Heydər Əliyev, #İlham Əliyev, #İtaliya, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

presstvaz     xəbər verir ki, sonra dövlətimizin başçısı “8 Noyabr” elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.

Daha sonra “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.

Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

Sonra dövlətimizin başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.

10:32

İyunun 24-də Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib.

presstvaz    xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin idarə heyətinin sədri Çen Qianq, “Azərenerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.

09:46

Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılışı mərasimi keçirilir.

presstvaz     xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

09:30

Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılışı mərasimi keçirilir.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv