İranın hücumuna qarşı Ərəb dünyası ayağa qalxdı – Qətərə dəstək artır

İranın hücumuna qarşı Ərəb dünyası ayağa qalxdı – Qətərə dəstək artır






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Ərəb Əmirlikləri, #Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), #Hadisə, #İran, #Misir, #Qətər, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın Qətərdəki ABŞ hava bazasına hücumunu qınayan ölkələr sırasına Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Küveyt, Oman, Fələstin, Yəmən və Mərakeş də qoşulub.

presstvaz xəbər verir ki, sözügedən ölkələrin xarici işlər nazirlikləri bu məsələ ilə bağlı müvafiq bəyanatlarla çıxış ediblər.

BƏƏ və İordaniya XİN-ləri hücumun beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olduğunu vurğulayaraq, Qətərə dəstəklərini ifadə ediblər.

İordaniya XİN hücumu “təhlükəli eskalasiya” kimi qiymətləndirdiyini bildirərkən, Küveyt XİN bunun Qətərə qarşı aşkar hücum olduğunu bəyan edib.

Misir XİN İranın hücumunu regional sabitliyi təhdid edən təhlükəli hadisə kimi dəyərləndirib.

Oman hücuma qarşı Qətərlə həmrəylik ifadə edib. Fələstin isə hücumu pisləyərək, bunu Qətərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Yəmən XİN də hücumun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu bildirib.

Mərakeş isə hücumu pisləyərək Qətərlə həmrəy olduğunu açıqlayıb.

23 iyun, 23:26

“Səudiyyə Ərəbistanı İranın qardaş Qətər dövlətinə qarşı başlatdığı hücumu ən güclü ifadələrlə qınayır”.

presstvaz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu hücum beynəlxalq hüquq və mehriban qonşuluq əlaqələrinin açıq şəkildə pozulmasıdır:

“İranın hücumu qəbuledilməzdir və heç bir şəkildə haqlı göstərilə bilməz. Səudiyyə Ərəbistanı qardaş Qətər dövləti ilə həmrəydir və tam dəstəyini ifadə edir. Ölkəmiz Qətərin bütün təşəbbüslərində dəstəkləmək üçün öz resurslarını səfərbər etməkdədir”.

Xatırladaq ki, İran Qətərdəki “Əl-Udeyd” Amerika aviabazasına raketlərlə hücum edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv