AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya döndü






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Hava Yolları, #Heydər Əliyev, #İran, #Qətər, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə “J2 8205” nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

22:46

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.

presstvaz bu barədə “Flightradar24” servisinin məlumatına istinadla xəbər verir.

Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir.

Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.

Lakin bu, ilkin ehtimala görə, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn, Qətər, BƏƏ-nin hava məkanının bağlaması fonunda baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv