Daha dörd ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə edildilər

Daha dörd ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə edildilər






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Çin, #Hadisə, #İran, #Kanada, #Şri-Lanka

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilən növbəti təxliyə mərhələsində müxtəlif ölkələrin, o cümlədən Çin, Şri-Lanka, Kanada və ABŞ vətəndaşları Azərbaycan ərazisinə daxil olublar.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, onlar son zamanlar İranda baş verən hadisələrə görə bu ölkəni tərk etmək məcburiyyətində qalanlardır. Təxliyə olunan şəxslər əvvəlcədən beynəlxalq protokollara əsasən müvafiq sənədlərlə təmin olunub, Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən dəqiq və çevik aparılan prosedurlarla məntəqədən qəbul ediliblər.

Sərhəd-keçid məntəqəsində təşkil edilmiş yardım zonasında onlara ilkin tibbi baxış keçirilib, həmçinin psixoloji dəstək xidməti də təqdim olunub.

Bəzi vətəndaşlar Azərbaycanda gördükləri isti münasibət və təşkilatlanma səviyyəsindən duyduqları razılığı bölüşüblər. Onlardan biri, İrandan təxliyə olunan Çin vətəndaşı Ka Tung Tai deyib: “Burada insanlar çox yardımsevər və mehribandırlar. Özümüzü tam təhlükəsizlikdə hiss edirik. Azərbaycan çox gözəl ölkədir. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik”.

Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayrılıb və onlar təhlükəsiz şəkildə Bakı istiqamətində yola salınıblar.

Azərbaycan Respublikasının aidiyyəti qurumları bu prosesin növbəti mərhələlərində də yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv