ABŞ Avropada interneti kəsə bilər

ABŞ Avropada interneti kəsə bilər






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avstriya, #Donald Tramp, #Müharibə, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası ticarət müharibəsi fonunda Avropada interneti kəsə bilər, çünki Avropa İttifaqı (Aİ), demək olar ki, tamamilə ABŞ-nin bulud xidmətlərindən asılıdır.

presstvaz-ın xəbərinə görə, bu barədə Avropanın “Politico” nəşri ekspertlərə istinadən məlumat verib.

Avropada Tənzimləmə üzrə Analitik Mərkəzin rəhbəri Zak Mayers bununla bağlı qəzetə şərh verib.

“Onun (Trampın) internetin bağlanmasını əmr edə biləcəyi və ya Aİ-nin iqtisadi maraqlarına ciddi ziyan vurmaq üçün başqa nəsə edə biləcəyi fikri artıq altı ay əvvəl göründüyü qədər ağlasığmaz deyil”, – deyə o bildirib.

Öz növbəsində, Avstriyanın “Anexia” bulud xidmətləri provayderinin rəhbəri Aleksander Vindbixler “Politico”ya bildirib ki, o və digər İT şirkətləri gərək daha əvvəl ABŞ xidmətlərindən “qeyri-sağlam asılılığa” diqqəti cəlb edərdilər. Onun sözlərinə görə, Aİ-də bulud sənayesi texnoloji rəqabət qabiliyyətinə diqqət yetirərək, uzun müddət öz maraqları üçün lobbiçilikdən yayınıb.

Bulud xidmətləri sektorunda fəaliyyət göstərən ABŞ şirkətləri Avropa bazarının üçdə ikisindən çoxunu ələ keçiriblər. ABŞ süni intellektin inkişafında Aİ-ni əhəmiyyətli dərəcədə qabaqlayır. Eyni zamanda, Avropanın mikroprosessor üzrə dünya bazarında payı təxminən 10%-ə düşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv