ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya norması açıqlandı

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya norması açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Avto, #Azərbaycan, #Biləsuvar, #Hadisə, #Hərbi Hava Qüvvələri, #İmişli, #İran, #Kiyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb.

presstvaz xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev deyib.

İslam Mustafayev bildirib ki, radiasiya baxımından Azərbaycan üçün heç bir təhlükə yoxdur: “Hadisələr Azərbaycandan 1000 kilometrə qədər məsafədə baş verir. Belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz. Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb, bilmirdik ki, partlayış olacaq. Yoxlamalar nəticəsində heç bir radiasiya fonunun artması müşahidə olunmayıb. Hazırda bizim ekspedisiya həmin regionlardadır. Daimi işləyən, monitorinq aparan cihazlarımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyaları vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Ölkənin radiasiya fonu hərtərəfli müşahidə altındadır. Burada ən müxtəlif, dəqiq cihazlarla təchiz olunmuş briqadalar çalışır. Hazırda hələ ki radiasiya fonunda artım yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin də apardığı tədqiqatlara görə, bunun heç bir təsiri görünməyib. Eyni zamanda 1000 kilometr məsafəyə qədər də elə təsirlər milyon dəfə azalır. Ona görə də bu, Azərbaycana ciddi təsir edə bilməz. Müqayisə üçün, Çernobıl şəhərindən 135 km məsafədə Kiyev yerləşir. Çernobılda Xarkov Elektrik Stansiyası partlayanda Kiyevi nə köçürdülər, nə xüsusi bir rejim tətbiq etdilər. Yəni heç bir ciddi təsir olmadı. Ona görə də hər kəsi əmin edirəm ki, hələlik bu səviyyədə ciddi təsir və təhlükə yoxdur. Amma hücum edən ölkənin planlarını bilmirik. Hər halda biz öz işimizi görməliyik”.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hədəf alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv