Quterreş ABŞ-nin İrana zərbələri haqqında: “Münaqişənin nəzarətdən çıxmasının riski artır”

Quterreş ABŞ-nin İrana zərbələri haqqında: “Münaqişənin nəzarətdən çıxmasının riski artır”






presstv

"Presstv"az #ABŞ, #Antonio Quterreş, #Donald Tramp, #İran, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir”.

presstvaz xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, münaqişənin nəzarətdən çıxmasının riski artır, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Baş katib BMT-yə üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb:

“Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir. Hərbi həll yolu yoxdur. Yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezident Donald Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv