Kimlərə şokolad olar, kimlərə isə olmaz?






presstv

"Presstv"az #Allergiya, #anemiya, #Qocalma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir.

presstvaz xəbər verir ki, şokoladın əsas tərkib hissəsi olan kakao flavonoidlərin mənbəyidir. Bu antioksidant təsirli maddə qocalmanı gecikdirir. Şokolad damarların divarlarının sərtləşməsinin qarşısını alır və damarların tıxanması təhlükəsini minimuma endirir.

Şokoladın tərkibindəki tanin, flüor və fosfat kimi maddələr diş çürüməsinin qarşısını alır. Şokolad qan təzyiqini kaliumla tarazlaşdırır, fosforla sinir sistemini stimullaşdırır və dəmir çatışmazlığının yaratdığı anemiya riskini azaldır.

Şokoladın insanlara əhval-ruhiyyə bəxş etməsinin və insanları sevindirməsinin başqa bir səbəbi də "endorfin" ifrazına səbəb olmasıdır. 

Ancaq şokolad yüksək kalorili qida olduğundan kökəlməyə səbəb olur. Tünd və adi şokoladdan başqa fındıq, püstə və xüsusi dadlı şokoladlar daha sürətli kökəlməyə səbəb olur. Şokolada qarşı allergiyası olanlar üçün bu qida istehlakdan sonra orqanizmdə reaksiyalara səbəb ola bilər. Qaşıntı, qızartı və göyərmə görünə bilən təsirlər arasındadır./hit.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv