Bu xidmət icbari tibbi sığortaya daxil olacaq

Bu xidmət icbari tibbi sığortaya daxil olacaq






presstv

"Presstv"az #Dərman vasitələri, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər əsasən ölüm riski yüksək və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərin müalicəsinə yönəlib.

presstvaz-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova məlumat verib.

Onun sözlərinə görə, ilin sonuna qədər ambulator şəraitdə təyin edilən bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır. Bu dərmanlara həzm sistemi ilə bağlı preparatlar və digər vacib vasitələr daxildir.

Bununla yanaşı, kardioloji, travmatoloji, oftalmoloji və digər ixtisaslar üzrə xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.

Leyla Lətifova qeyd edib ki, hədəflər arasında onkoloji xəstəliklərin bir hissəsinin də xidmət paketinə daxil edilməsi yer alır. Bu istiqamətdə Milli Onkologiya Mərkəzi ilə danışıqlar aparılır. Onkoloji xəstəliklərin müalicəsi yüksək maliyyə vəsaiti tələb etdiyindən, proses mərhələli şəkildə həyata keçirilir./metbuat.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv