İran Səhiyyə Nazirliyi: “İsrailin hücumları nəticəsində azı 2800 iranlı yaralanıb”

İran Səhiyyə Nazirliyi: “İsrailin hücumları nəticəsində azı 2800 iranlı yaralanıb”






presstv

"Presstv"az #İran, #İsrail, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 13-dən bəri İsrailin endirdiyi zərbələr nəticəsində azı 2800 iranlı yaralanıb, 2000 nəfər artıq xəstəxanalardan buraxılıb.

presstvaz “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

“Ölkəmizdə səhiyyə sektorunda heç bir problemimiz yoxdur. Bu günə kimi 2800 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 2000 nəfəri müalicə olunaraq evə buraxılıb”, – məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, İsrailin iyunun 20-də İrana endirdiyi zərbələr nəticəsində 14 tibb işçisi yaralanıb, iki nəfər həlak olub.

İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Qısa müddət sonra İran cavab zərbələri endirib. Növbəti günlərdə tərəflər qarşılıqlı hücumları davam etdiriblər və həm hərbi, həm də mülki obyektlərə zərbələr endirildiyini etiraf ediblər. Qarşıdurma hələ də davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv