I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib






Rəşad Cəfərli

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsinə start verilib.

presstvaz   xəbər verir ki, layihənin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində hal- hazırda sözügedən istiqamətdə imzası tanınan, praktiki cəhətdən daha hazırlıqlı şəxslərin təlimçi qismində tələbələrlə söhbəti, həmin tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün müxtəlif tip materialların hazırlanması və işıqlandırılması, sonda isə I Gənc mədəniyyət müxbirləri məktəbinin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.

Layihənin koordinatoru, “525-ci qəzet”in mədəniyyət şöbəsinin müdiri, gənc nasir Nadir Yalçın I Gənc mədəniyyət müxbirləri məktəbinin qarşıya qoyduğu məsələlər barədə tələbələrə məlumat verib.

Gənc mədəniyyət müxbirləri məktəbinin təlimçi qismində ilk qonağı “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, tanınmış şair Qulu Ağsəs olub. Peşəkar jurnalist olmaq üçün böyük zəhmət və əzmlə yanaşı, digər zəruri keyfiyyətlərdən söhbət açan Q.Ağsəs mətbuat sahəsindəki fəaliyyət dövründən bəhs edib. Təcrübədən keçirdiyi proseslərdən bəhs edən Əməkdar jurnalist “Yaxşı mədəniyyət müxbiri necə olmalıdır?” sualı ətrafında tezislərlə çıxış edib.

Diskussiya formatında davam edən görüşdə tələbələrin müxtəlif suallarını cavablandıran təlimçi auditoriyanın enerjisini və fəallığını yüksək qiymətləndirib, hər kəsə uğurlar arzulayıb.

“Udluz” jurnalının nəsr şöbəsinin müdiri, şair Taleh Mansur da görüşdə iştirak edib. Jurnalın müxtəlif nümunələrini tələbələrə təqdim edən T.Mansur “Ulduz”un fəaliyyət istiqamətləri barədə auditoriyaya məlumat verib.\525.az/

Rəşad CƏFƏRLİ,

presstvaz xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.