İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Nəqliyyat, #Özbəkistan, #Şavkat Mirziyoyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.

Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulanıb, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv