Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Azərbaycan, #Berlində

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

21-22 iyun tarixlərində Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində gənclər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

presstvaz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Mehdi Cəfərov, Əbil Yusubov, Nihad Yəhyayev, Abdurrahman Səbzəliyev (hamısı 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov, Mehdi Abbasov (hamısı 81 kq), Əli Qaziməmmədov, Tuncay Şamil, Aslan Kotsoyev (hamısı 90 kq), Davud Namazlı (100 kq), Eldar Əliyev və Ramazan Əhmədov (hər ikisi +100 kq) qalib olmağa çalışacaq.

Qeyd edək ki, turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv