Ərdoğan: “Azərbaycan məhəlləsi” Türkiyə və Azərbaycanın həmrəyliyinin və birliyinin nümunəsidir”

Ərdoğan: “Azərbaycan məhəlləsi” Türkiyə və Azərbaycanın həmrəyliyinin və birliyinin nümunəsidir”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan məhəlləsi, #İlham Əliyev, #Mehriban Əliyeva, #Rəcəb Tayyib Ərdoğan, #Təbii fəlakət, #Türkiyə, #YouTube, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamlayıb.

Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.

“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, – deyən Prezident Ərdoğan Kahramanmaraşın “Azərbaycan məhəlləsi”ni təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.

Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv