Avtomobilin salonunda ideal təmizlik yaratmaq üçün sadə ÜSULLAR

Avtomobilin salonunda ideal təmizlik yaratmaq üçün sadə ÜSULLAR






presstv

"Presstv"az #Avto, #Diş fırçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobil salonunda təmizlik – bu, təkcə rahatlıq deyil, həm də hər səfərdə xoş atmosfer yaradır.

presstvaz xarici mediaya istinadla bildirir ki, üstəlik, bunun üçün mütləq peşəkar yuyucu servislərə böyük məbləğlər xərcləməyə ehtiyac yoxdur.

Sadə və əlçatan üsullarla avtomobil salonunu necə təmiz saxlamaq olar?

Corab və stəkan – stəkan tutacağının təmizliyi üçün orijinal üsul
Stəkan tutacaqlarında daim xırda toz və zibillər toplanır. Onları təmizləmək üçün sadəcə stəkan götürün, üzərinə nəm corab geyindirin və stəkan tutacağında bir neçə dəfə fırladın. Çirk dərhal yox olacaq.

Havalandırma qəfəsləri və çətin çatılan yerlər üçün diş fırçası

Köhnə diş fırçası havalandırma qəfəslərini, oturacaq tikişlərini və digər xırda detalların arasını təmizləmək üçün idealdır. Üzərinə bir az təmizləyici vasitə əlavə edin – nəticə sizi sevindirəcək.

Qoxulara qarşı soda

Qida sodası (çörək sodası) həm dezinfeksiya edir, həm də pis qoxuları udur. Sadəcə olaraq sodanı döşəməyə və oturacaqlara səpin, 20 dəqiqə gözləyin və sonra tozsoranla təmizləyin.

Xüsusi kimyəvi vasitələrin əvəzinə sabunlu məhlul

Salon üçün xüsusi kimyəvi vasitələr yerinə sadə sabunlu məhluldan istifadə edə bilərsiniz. Məhlulu süngərlə oturacaqlara çəkin, bir az gözləyin, sonra isə nəm parça ilə silin və yaxşıca qurudun.

Ev şəraitində hazırlanmış ətir

Öz əlinizlə avtomobil üçün ətir hazırlamaq üçün: kiçik duz qabına bir qədər soda tökün və üstünə sevdiyiniz efir yağından bir neçə damcı əlavə edin. Sadə üsul – uzunmüddətli effekt verir./lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv