SAXAL: “Narahat olan iranlılar MOSSAD-a müraciət etsinlər”

SAXAL: “Narahat olan iranlılar MOSSAD-a müraciət etsinlər”






presstv

"Presstv"az #Hakim, #İran, #İsrail, #Livan, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Müdafiə Ordusu (SAXAL) İranda yaşayanlara fars dilində müraciət edərək bildirib ki, ölkədəki vəziyyətdən narahat olanlar “Mossad”a müraciət etsinlər.

presstvaz xəbər verir ki, bu barədə SAXAL “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Möhtərəm İran vətəndaşları. Rejimin yaratdığı çətin şəraitdə düşdüyünüz ağır vəziyyəti anlayırıq. Son günlər bizə gələcək barədə narahatlıq keçirən çoxsaylı müraciətlər daxil olub. Hətta rejimin güc strukturlarına mənsub şəxslər belə, bizə qorxu, ümidsizlik və qəzəblərini ifadə edir, İsrail hakimiyyəti ilə əlaqə qurmaq istədiklərini bildirirlər ki, İranın da Livan və Qəzzanın taleyini yaşamasının qarşısı alınsın”, – deyə açıqlamada bildirilir.

SAXAL əlavə edib ki, bu cür müraciətləri qəbul edəcək səlahiyyətli qurum deyillər:

“Amma edə biləcəyimiz ən az şey sizi “Mossad”ın rəsmi saytına yönləndirməkdir”.

Paylaşımda İsrail kəşfiyyat agentliyinin veb-ünvanına keçid də əlavə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv