“Rossiya1″də təxribat: Solovyov canlı efirdə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdi

“Rossiya1″də təxribat: Solovyov canlı efirdə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdi






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hadisə, #İrəvan, #Müharibə, #Nikol Paşinyan, #Rusiya, #Teleaparıcı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rossiya1” telekanalında məşhur rusiyalı teleaparıcı Vladimir Solovyovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməsi ilə bağlı növbəti qalmaqallı hadisə baş verib.

presstvaz xəbər verir ki, İrəvanda saxlanılan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi ilə bağlı emosional çıxışı zamanı Solovyov nəinki Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına sərt sözlər səsləndirib, hətta Azərbaycanın Qarabağ bölgəsinə münasibətdə dəfələrlə “Artsax” separatçı ifadəsini işlədib.

Təbliğatçının “Ermənistan da Artsaxın taleyini yaşayacaq” ifadəsi, eləcə də guya “min illər ərzində ermənilərin Qarabağda məskunlaşması” ilə bağlı əsassız tarixi fərziyyələri xüsusi hiddətə səbəb olub.

Solovyovun Rusiya dövlət televiziyasında belə bəyanatlar verməsi ilk dəfə deyil.

Qeyd edək ki, bu cür bəyanatlar Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan beynəlxalq ictimaiyyətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan və Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etmək üçün apardığı antiterror əməliyyatlarından sonra separatçı terminologiyadan istifadə xüsusilə təxribat xarakterlidir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv