Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək? – FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək? – FAKTİKİ HAVA






presstv

"Presstv"az #Ağstafa, #Bakı, #Biləsuvar, #Füzuli, #İmişli, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti, #Ordubad, #Qeyri-sabit hava şəraiti, #Qəbələ, #Quba, #Sabirabad, #Şamaxı, #Şəki, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

presstvaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-də, eyni zamanda, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv